İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın səhiyyə naziri Türkiyəli həmkarını yeni hökumətin tərkibində yer alması münasibətilə təbrik edib

248 06.06.2023 16:12 Son xəbər A A

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəli həmkarı Fahrettin Kocaya yenidən nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: “2023-cü il mayın 28-də keçirilən seçkilərdə qardaş Türk xalqı tərəfindən cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi hər bir Azərbaycanlını sevindirir və qürurlandırır.

Formalaşan yeni hökumətdə yer almanız münasibətilə Sizi təbrik edirik. Son illərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar nəticəsində qardaş ölkənin səhiyyə sistemi dünyada ön plana çıxıb və əhalinin sağlamlıq göstəricilərində mühüm irəliləyişlər əldə olunub.

Ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığa verdiyiniz dəstəyə görə məmnunluğumuzu ifadə etməklə yanaşı, birgə uğurlu işlərimizin bundan sonra da davam edəcəyinə inanırıq.

Səhiyyə naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi bir daha təbrik edir, vəzifənizdə uğurlar arzulayır, nazirliklərimiz arasındakı peşəkar münasibətlərin xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verəcəyinə əminliyimizi bildiririk”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR