Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.
Musavat.com xəbər verir ki, universitetin Qiyabi və Əlavə Təhsil Mərkəzinin "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasının IV kurs tələbəsi Abdulkərimova Nuranə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nuranənin müəllimi Səbuhi Tanrıverdi bildirib ki, tələbəsi xərçəng xəstəliyindən əziyyət çəkirmiş: “Son anadək amansız xəstəliyə qalib gələcəyinə inanırdı və mücadilə aparırdı. Müalicəsinin ən sərt vaxtlarında, xəstəliyin şiddətləndiyi zamanda belə təhsilindən ayrı qalmaq istəmirdi. İyun ayında təşkil edilən mühazirə sessiyasına şərait yaratdıq ki, dərslərə online qoşulsun. Amma 1 həftə öncə bitən imtahan sessiyasına qoşulmağa durumu imkan vermədi. Bildirdik ki, heç narahat olmasın, sağalsın, istədiyi zamanda təşkil edərik iştirak edər.
Çox təəssüf, mələk kimi gəldi, mələk kimi də uçdu getdi. Çox ümidli idik, inanırdıq, amma olmadı”.
Allah rəhmət eləsin!

Şahanə Rəhimli
Musavat.com






