İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

1791 17.01.2023 11:36 Hadisə A A

Sabiq nazir Namiq Nəsrullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Musavat.com-un "Unikal"a istinadən məlumatına görə, o, həmçinin Hesablama Palatasının ilk sədri olub.

Qeyd edək ki, Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

1673935397.288535.jpg (37 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR