İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda quru sərhədlər bu tarixə qədər bağlı qalacaq

4961 05.07.2022 09:52 Gündəm A A

Azərbaycanda bir neçə müddətdir ki, hər kəsi düşündürən sual quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır.

Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb.

Qeyd edilib ki, hazırda da Dövlət Sərhəd Xidməti sərhəd buraxılışı məntəqələrində xüsusi icazələr istisna olmaq şərti ilə vətəndaşların keçidini qeyd olunan qərara əsasən tənzimlənir.

Bu isə o deməkdir ki, karantin rejimində yumşalma olmayacağı təqdirdə quru sərhədlər ən az sentyabrın 1-ə qədər bağlı qalacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR