İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı “humanitar” şou-təxribat: 13-cü gün - rüsvayçı sonluğa nə qaldı?

1113 08.08.2023 08:38 Siyasət A A

Ekspert: “Azərbaycan beynəlxalq hüquqa hörmət etdiyini hər addımda sübut edir, beynəlxalq təşkilatlar, Qərb isə bizdən əksini gözləyir”

Ermənistanın “humanitar yük” adı altında Azərbaycana qarşı sərhəd təxribatı 13-cü gündür davam edir. İrəvanın bel bağladığı paytaxtların və erməni lobbisinə satılmış siyasi mərkəzlərin hamısı artıq öz mənfur bəyanatlarını verib qurtardılar. Hələ ki, bəyanatlardan o yana keçilməyib. Yəqin ki, keçməyəcək də. Çünki Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan mövqeyi haqlı və güclü.

Məlumatlara görə, amerikalı diplomat, Güney Qafqaz üzrə xüsusi nümayəndə Lui Bononun keçən həftə İrəvan və Bakıya etdiyi səfərlərdə diqqət mərkəzində olmuş mövzulardan biri də elə “TIR məsələsi” olub. Nə dərəcədə təsirli olacaq, bu da bir-iki günə bilinəcək. 

Bu yerdə yada salaq ki, 2014-cü ilin avqustunda Rusiyanın separatçı Donetsk və Luqanska humanitar karvanların göndərilməsi təklifi Qərb ölkələrinin kəskin etirazına səbəb olmuşdu. ABŞ Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcəyini, ATƏT isə yardımın Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərtilə çatdırılmasının zəruriliyini bəyan etmişdi. Eyni yanaşmanı Azərbaycanın da gözləməsinə haqqı var.

Bəs bu həftə “humanitar” kod adlı siyasi şou bitəcəkmi? Paşinyan hökumətinin qərarı nə olacaq?

Ermənistanda isə vəziyyətlə bağlı hökumətə qarşı etirazlar güclənməkdədir. Məsələn, politoloq Sergey Şakaryantsa görə, Ermənistan hakimiyyətinin Qarabağa humanitar yardım göndərməsi nəinki Azərbaycanla razılaşdırılmayıb, hətta heç sülhməramlıların da bu barədə məlumatı olmayıb. “Biz, sadəcə olaraq, ərzaq və zəruri mallar olan yük maşınlarını götürüb Kornidzora (sərhədə - red.) göndərdik. Yəni şüurlu şəkildə belə bir şou-aksiya təşkil elədik ki, fiaskoya görə məsuliyyət Rusiya sülhməramlılarının üzərində qalsın”, - deyə o qeyd edib.

Yəni guya Paşinyan hökumətinin əsas hədəfi məhz Rusiya sülhməramlı kontingentini (Rusiyanı) pis duruma qoymaq, gözdən salmaq olub.

Xatırladaq ki, keçən həftə Rusiya XİN rəsmisi Mariya Zaxarova Bakının mövqeyinə haqq qazandıraraq demişdi ki, yüklər Azərbaycan tərəfi ilə razılaşdırılmayıb. Başqa sözlə, Moskva da günahı Paşinyan iqtidarının üstünə atıb.

Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar,  demokratiya budur?!” » "Dünya" informasiya agentliyi

Elçin Alıoğlu 

Politoloq Elçin Alıoğlu “Yeni Müsavat”a bildirdi ki, bu prosesin bu həftə bitəcəyini düşünmür, çünki bu, qısa müddətə hesablanmış proses deyil. Ekspertin fikrincə, Paşinyan hakimiyyəti, İrəvandakı administrasiya prosesi mümkün qədər uzatmağa çalışacaq: “Humanitar aksiyalar müxtəlif ölkələrdə bilavasitə ya silahlı çevriliş etmiş qüvvəni, ya da separatizmi dəstəkləmək üçün keçirilir. 9 il əvvəl Donetsk və Luqansk vilayətlərində Rusiya humanitar yardım adı ilə ərzaq və silah yollamağa çalışanda BMT-nin Təhlükəsizlik Şurası toplanaraq bunu qətiyyətlə pisləşmişdi. Onlar bildirmişdilər ki, hər hansı dövlətə öncədən xəbərdarlıq edilmədən və məlumat verilmədən sərhədlərinin müəyyən qisminin şəffaf tutulmasını və açılmasını tələb etməklə bu dövlətin mövqeyinə zidd olan separatçılıq edən sakinlərə yardımların göstərilməsi həmin dövlətin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına qarşı aqressiya aktıdır. Xankəndinə göndərilən ”humanitar yardım" beynəlxalq hüquq baxımından Azərbaycanın suverenliyinə qarşı aşkar şəkildə qəsddir. Yük maşınlarından birinin belə buraxılması 3 mövqedə Azərbaycanın məğlubiyyəti demək olar: 1.Rəsmi Bakının bütün bəyanatlara rəğmən Qarabağdakı ermənilərin milli müqəddəratının təyin edilməsi və suverenliyinin tanınması; 2. Ermənistandan humanitar yardım ilə gətirilən yükləri yoxlamaq mümkün olmayacaq, çünki beynəlxalq qanunlara görə, humanitar yardım üçün xüsusi marşrut tələb olunmur. Yardımlar mərkəzləşmiş qaydada cəmlənir, daha sonra ehtiyac olan bölgələrə göndərilir. Yük maşınları boşaldılmalı, yenidən Azərbaycana məxsus nəqliyyat vasitələrinə yüklənməli, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə Xankəndinə daşınmalıdır. 3. “Niyə məhz Laçın yolu” sualının cavabı isə bəllidir-ermənilər separatçı fəaliyyəti siyasi müstəvidən humanitar müstəviyə keçiriblər, bununla da humanitar fəlakət görüntüsü yaradırlar.  Azərbaycan beynəlxalq hüquqa hörmət etdiyini hər addımda sübut edir. Beynəlxalq təşkilatlar, Qərb isə bizdən əksini gözləyir".

Politoloq hesab edir ki, Rusiyanın imici çoxdan məhv edilib: “Zaxarova açıqlaması ilə məsuliyyəti Azərbaycanın və Ermənistanın üzərinə atmağa çalışdı, çünki əslində bu bəsit ssenarinin müəllifi məhz Rusiyadır. Gözlənti isə məğlub olan tərəfi dəstəkləməkdir. Beləliklə, geosiyasi paritet yaranacaq. Rusiya son 30 ildə bu siyasəti yürüdüb. Məqsəd münaqişənin mümkün qədər davam etməsi,  Cənubi Qafqazda təsir imkanlarının itirilməməsidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR