İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

435 08.06.2023 20:48 Son xəbər A A

İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR