Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə birgə mətbuat konfransı keçirilir.
Musavat.com-un xəbərinə əsasən, xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, bugünkü görüşlərdə bütün istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb:
“İki ölkə arasında XİN səviyyəsində intensiv təmaslar var. Bu gün iki mühüm saziş imzalandı. O cümlədən bir sıra sazişlərin layihələri barədə müzakirələr aparıldı. Bu gün iqtisadi sahədə əməkdaşlıq barədə geniş danışdıq. Gələcək perspektivlər barədə də fikir mübadiləsi aparıldı.
Onu da qeyd etmək istərdim ki, iki ölkə arasındakı hazırkı iqtisadi potensial bizi qane etmir. Bir çox sahədə çox böyük potensial mövcuddur”.
Nigar Həsənli
Musavat.com






