İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL ötən il Qazaxıstanın üç şəhərinə 850-yə yaxın uçuş həyata keçirib

291 11.02.2026 12:54 Ölkə A A

Ötən il ərzində "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı, Aktau və Astana şəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirib.

Bu barədə AZAL-ın prezidenti Samir Rzayev Qazaxıstanın "Air Astana" şirkətinin prezidenti və baş icraçı direktoru Piter Foster ilə görüşdə bildirib.

Onun sözlərinə görə, görüş zamanı regiondakı sərnişin aviadaşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb: "Eyni zamanda, iki aviasiya tərəfdaşı arasında kommersiya əməkdaşlığının genişləndirilməsi mövzusunu da müzakirə etdik. Ötən il ərzində AZAL Qazaxıstanın Almatı, Aktau və Astana şəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirilməklə 200 mindən çox sərnişinin daşınmasını təmin edib. Bu nəticə tərəflər arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır".//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR