İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Vətən Partiyasına da CAVAB gəldi

1439 04.08.2023 16:15 Siyasət A A

Akif Nağının sədrlik etdiyi Azad Vətən Partiyası dövlət qeydiyyatı ilə bağlı açıqlama yayıb.

Musavat.com bu barədə partiyanın mətbuat xidmətinə istinadən xəbər verir.

Açıqlamada göstərilir ki, Ədliyyə Nazirliyindən partiyaya qeydiyyat üçün göndərilən siyahı ilə bağlı məktub təqdim olunub.

“Məktubda bəzi iradlar, o cümlədən daha çox texniki məsələlərlə, ad, soyad, doğum tarixinin qeyri-dəqiq göstərilməsi ilə bağlı iradlar yer alıb. Partiya rəhbərliyi bu iradların öyrəniləcəyini, nöqsanların az vaxt ərzində aradan qaldırılaraq, siyahının yenidən Ədliyyə Nazirliyinə göndəriləcəyini qeyd edib” - məlumatda bildirilir.

Azad Vətən Partiyası bəzi partiyaların dostluq, tanışlıq prinsipləri ilə qeydiyyatdan keçiriləcəyinə dair qeyri-rəsmi məlumatlara da münasibət bildirib, heç 100 nəfər üzvü olmayan, Şəhidlər xiyabanına 4-5 nəfərlə çıxan partiyaların bu cür qeydiyyatdan keçirilməsinin yolverilməz olduğunu qeyd edib: “Deyilənlər təsdiqini taparsa, Prezidentin həyata keçirdiyi siyasi islahatlar əhəmiyyətini itirə bilər. Sağlam partiyalaşma prosesinə ümidlər çoxdur. İnanırıq ki, dövlət başçısı Qarabağla bağlı olduğu kimi, burada da qətiyyət və prinsipiallıq nümayiş etdirəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR