İnsanlara hürriyət, millətlərə istiqlal!

Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var

590 10.06.2026 16:52 Media A A

Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət üsulları var.

Bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik layihəsinin ictimai müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin xüsusi tərəfi ondan ibarətdir ki, burada sadəcə məhdudiyyətlər və məsuliyyətlər yoxdur:

"Xüsusən də effektiv tənzimləmə və nəzarət üsulları var. Valideynlər bu alətlərlə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə biləcəklər. Valideynlər eyni zamanda övladlarının qarşısına çıxacaq məzmunları və reklamları da idarə edə biləcəklər. Bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını alır və onların real sosial-mədəni mühitdə adaptasiyasını təmin edir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR