İnsanlara hürriyət, millətlərə istiqlal!

Axırıncı yol – Cığallıqda ad çıxaran ermənilər düşmənçiliyin əbədi olmasını istəyirlər

1559 26.07.2023 10:23 Siyasət A A

Biz artıq çoxdan ermənilərin milli xüsusiyyətlərinin aparıcı ştrixi olan dotələbliklərinə, tərs inadkarlıqlarına və cığallıqlarına öyrəşmişik. Təkcə son 30 ildə bunun minlərlə nümunəsini görmüşük, görə-görə gedirik. Artıq bu, bizi nə təəccübləndirə, nə də öz təsirinin altına ala bilər.

Ancaq ermənilərlə ünsiyyətə yeni başlayan əcnəbi siyasətçilərin, diplomatların erməni həmkarlarıyla söhbətlərində onların sözlərinin təsirinə qapılmaları tez-tez olur. Ermənilər emosional ovqata köklənir, gözləri bərələ-bərələ, dil boğaza qoymadan, özlərinin haqlı olduqlarına dair min bir nağıl uydura-uydura, arqumenlər gətirə-gətirə danışır, ikinci bir fikirə, şübhəyə yer qoymurlar.

Hələ onların həmsöhbətləri əvvəlcədən sırf xristian təəssübkeşliyi, “mədəniyyət birgəliyli” motivi ilə Ermənistana rəğbət bəsləyən, onu “kiçik qardaş” sayan ölkələrdəndirsə, o zaman, hamı əmin olsun ki, bu xalqın təmsilçilərinin dilə gətirdiyi hər bir fikir Bibliya təlimi hesab ediləcək.

Ancaq az-az olsa da, hərdən xristian dünyasında da ermənilərin sərhəd bilməyən tələbkarlıqlarından və cığallıqlarından cana doyan, onların dilə gətirdiyi arqumentlərə qulaq verməyən, obyektiv mövqe tutanlar tapılır.

1661945373_7dbd1930986249d4cf39151d57608d62.jpg (112 KB)

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə əsas vasitəçi olaraq meydana çıxdığından bəri özünü obyektiv aparmaqda, səmimi şəkildə tərəflərin arasında həqiqi sülhün bərqərar olmasına çalışmaqdadır.

Ona görə də Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Şarl Mişel tərəfindən dəstəklənib.

Görünür, o tərəflərin hər ikisini lazımi qədər səbr və diqqətlə dinləyib, həm Ermənistanın Laçın yolundan istifadəsinin nə üçün vacib olduğuna dair dediklərinə qulaq verib, həm də Azərbaycandan bu yoldan istifadə edən ermənilərin silah tədarük etmək və bölgədə ortalığı qarışdırmaq cəhdləri barədə məlumat alıb. Ş.Mişel axırda bu qərara gəlib ki, mövcud durumdan ən optimal çıxış yolu Xankəndidə və şəhər ətrafında yaşayan ermənilər üçün alternativ olaraq Ağdam yolunun istifadə edilməsi ola bilər.
Ermənilərin bu yoldan istifadə etməkdən imtina etməsinin siyasi spekulasiya olması bir çoxlarına bəlli olsa da, görünür, hələ də inananlar var ki, ermənilər haqlıdır, Azərbaycan Qarabağın dağlıq hissəsində yaşayan etnik azlıq üçün göndərilən yüklərə nəzarət etməməlidir. Belə bir yanlış düşüncə də var ki, Azərbaycandan gətiriləcək qida məhsulları təhlükəli ola bilər.

_128380952_ruben.png (619 KB)

Bildiyiniz kimi, erməni əsilli iş adamı Ruben Vardanyan bu günlərdə belə bir iddia ilə çıxış edib.

Bəs Azərbaycandan gətirlən qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdirmi? Bu iddianın heç bir əsası yoxdur. Həmin qida məhsulları bəlli bir standartdadır və sertifikasiyasında problem yoxdur. Vardanyanın dediyi “son dərəcə təhlükəlidir” fikrində isə sui-qəsd nəzəriyyəsi paranoyyasına yuvarlanmaq, ona ciddi ehtimal vermək təmayülü var. Ümumiyyətlə, ermənilər bu kimi fantastik və paranoidal versiyalarla tez-tez çıxış edirlər, ətraf ölkələrin sözləşərək onların qəsdinə durduqlarını, nəsillərini kəsmək barədə düşündüklərini iddia edir, buna inanır və tez-tez hay-küy salırlar.

Bu cür uzaq gedən fantaziyalara dalmış topluma nə qədər izah edilsə də ki, ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir, onlar bu arqumenti, Ağdam yolunun daha qısa olmasını, daşınmanın daha ucuz başa gələcəyini nəzərə alan, qane olan deyillər. Əslində bu, onlar üçün xilas yoludur: Azərbaycana yenidən inteqrasiya olunmaqda, ortalığın yumşalmasında bu marşrutun, gediş-gəlişin mühüm rolu ola bilər. Amma ermənilər var gücləri ilə çalışırlar ki, heç bir yumşalma olmasın, dşmənçilik davam etsin, sülh sazişi imzalanmasın.

Zatən, onları elə asanlıqla yola gətirmək, inadlarından döndərmək mümkün olsaydı, bunu 1988-ci ildə edə, 35 ildir davam edən münaqişənin qarşısını ala, hələ araya qan düşməmiş ixtilafı çözə bilərdik.

Ancaq mümkün olmadı. Onlar o vaxt hövllənmiş şəkildə, istrikaya qapılmış, gözlərini qan örtmüş halda, “Apokalipsis” filmindəki qəddar tayfanın amansızlığını andıran biçimdə müharibə variantı seçdilər.

46080d145b9b36734d91348a350d5b60.jpg (210 KB)

“Biz Qarabağ eşşəyindən də inadkarıq” deyən, hələ bununla fəxr edən, özlərini öyən, vaxtaşırı eşşək ötüşdürməsi yarışı keçirən ermənilər hələ də işin düzələninə getmək, yola gəlmək istəmirlər və elə hesab edirlər ki, bağrında yaşadıqları ölkənin xalqı ilə düşmənçiliyi davam etdirməklə bir tərəfə çıxa biləcəklər. Yer üzündə və dünya tarixində bu düşüncədə olan heç bir xalqın hansısa zaman kəsiyində xoşbəxt olması faktı qeydə alınmayıb.

Təkcə bunu anlasalar...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR