İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Rusiya vətəndaşlarına əvvəl verilmiş Şengen vizalarına yenidən baxılacaq

505 18.06.2026 09:18 Dünya A A

Yazın əvvəlindən bəri Avropa İttifaqı ölkələri Avropa ölkələrində əvvəldən Rusiya vətəndaşlarına verilmiş Şengen vizaları və yaşayış icazələri ilə bağlı qərarların yenidən nəzərdən keçirilməsi ideyasını müzakirə edirlər.

Musavat.com xəbər verir ki, məlumatı TASS diplomatik mənbələr istinadən yayıb.

Qeyd olunur ki, hələlik bu məhdudiyyətlər barədə yekun razılığa gəlinməyib. Agentliyin mənbəsi bildirib ki, "Brüsseldə Rusiya diplomatları üçün məhdudiyyətlərlə yanaşı, mövcud Şengen vizaları və Rusiya vətəndaşlarına verilmiş yaşayış icazələri ilə bağlı qərarların yenidən nəzərdən keçirilməsi ideyası mart-aprel aylarından bəri müzakirə olunur, lakin hələlik razılığa gələ bilməyiblər".

Xüsusilə mövcud məsələ əvvəllər Rusiya şirkətlərində işləyən və ya Ukraynadakı müharibəni dəstəklədiklərini bildirən və ya əksinə, yerli siyasi kursu dəstəkləməyən ruslar üçün qərarların yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Mənbənin sözlərinə görə, bu cür tədbirlərin rəsmi əsaslandırılması "təhlükəsizlik narahatlıqları" ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR