"Storm Shadow" qanadlı raketini istehsal edən Avropa şirkəti MBDA Ukraynanın "Luch" şirkəti ilə NEPTUNE2 qanadlı raketinin hazırlanması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.
Musavat.com MBDA-nın açıqlamasına istinadən xəbər verir ki, memorandum artıq tanınmış "Neptun" qanadlı raketinin daha da inkişaf etdirilmiş versiyası olan NEPTUNE2 layihəsinin bir hissəsi olaraq innovativ uzun mənzilli zərbə həlləri üzərində birgə işi nəzərdə tutur.
Şirkətin açıqlamasında deyilir: "Uzaq mənzilli zərbə imkanları sahəsində Ukrayna şirkəti ilə bu əlavə əməkdaşlıq MBDA-nın Ukraynaya dəstəyini vurğulayır".
Qeyd edək ki, MBDA mürəkkəb raket sistemləri sahəsində Avropa lideridir və artıq Ukrayna tərəfindən istifadə edilən "Storm Shadow" qanadlı raketinin istehsalçısıdır. Şirkət müasir zərbə sistemlərinin hazırlanması üçün texnologiyaya, təcrübəyə və beynəlxalq tərəfdaşlığa malikdir.
Luç mürəkkəb silahların dizaynı, inkişafı və istehsalı üzrə ixtisaslaşmış Ukrayna şirkətidir. Şirkət 2022-ci ildə Rusiyanın "Moskva" kreyserini batıran "Neptun" raketini hazırlayıb.
Musavat.com






