İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından ermənilərə “dərs” üçün 32 milyonluq yardım

926 09.08.2023 08:13 Siyasət A A

Sülh danışıqlarında vasitəçilik edən Brüsselin Ermənistan hökumətinə qayğısı xristian təəssübkeşliyindən qaynaqlanır, yoxsa...

Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro ayırmaq barədə qərar verib. Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”.

Digər məsələləri bir kənara qoysaq, sülh danışıqlarında vasitəçilik edən Brüsselin-Avropa İttifaqının Ermənistan hökumətinə təhsilə görə 32 milyon avro ayırması ikili standartın daha bir nümunəsidir.   

Belə ki, müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, amma yardım proqramlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı alan Ermənistandır. Bu ikili yanaşma nədən xəbər verir? Azərbaycana bu münasibət nəyin göstəricisidir?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, humanitar yardımlardan tutmuş indi də təhsil üçün qrant layihələrinin ayrılması faktiki olaraq Ermənistanın hərtərəfli qayğı ilə əhatə olunmasının göstəricisidir: “Bu həm də xristian təəssübkeşliyinin nümunəsidir. Çünki bölgədə işğalçı müharibəni aparan Ermənistan olub. Azərbaycan torpaqları Ermənistan vandalizminə məruz qalıb və nəticə etibarilə Azərbaycana 150 milyard dollardan çox ziyan dəyib. Bununla bağlı olaraq Qərb bir dəfə də olsun minaların təmizlənməsi ilə bağlı nə maliyyə yardımı, nə də qrant layihələrinə vəsait ayırıb. Ermənistanı belə bəzəyə-bəzəyə, müxtəlif adlarla maliyyə yardımı ayırmalarına bəraət qazandırmağa çalışmaları əslində bölgədə sabitliyə deyil, qeyri-sabitliyə xidmət edir. Təcrübədə sübut olunub ki, Ermənistan Qərbdən aldığı maliyyə yardımlarını, qrantları silah alınmasına, hərbi infrastrukturun  möhkəmləndirilməsinə, bir sözlə, militarizm siyasətinə yönəldib. Üstəlik, Azərbaycan tərəfinə belə diqqətsizlik, Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rola heç bir əhəmiyyət verməmək, heç olmasa bölgədə sabitlik yaratmaq adı altında bunu edirlərsə, onda gərək hər iki ölkəyə eyni cür yanaşaydılar. Eyni gözlə baxardılar ki, bu, xalqlarda bir-birinə qarşı hər hansı qısqanclıq və kin-küdurət oyatmasın. Əslində bu cür birtərəfli siyasət, birtərəfli yanaşma Ermənistanı həm maliyyə cəhətdən, həm siyasi cəhətdən köməklik göstərilməsi, bölgədə sabit münasibətlərin yaranmasına xidmət etmir. Əksinə, Azərbaycana qarşı kin-küdurət qusan bir ölkəni daha da ürəkləndirir, arxasında hansısa gücləri hiss edərək sülh danışıqlarında da, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünə hörmətdə də onu daha da barışmaz edir. Buna həm də Qarabağın dağlıq hissəsində yaşayan erməniləri də aid etmək lazımdır”.

Politoloq əlavə edib ki, Qərbin bu yanaşması kökündən yanlışdır: “Burada qızışdırıcı elementlər var. Ermənistanı ürəkləndirmək və daha mənfur niyyətlərə düşmək istəyi var burada. Fikrimcə, Azərbaycan tərəfi bununla bağlı hansısa formada diplomatik tərzdə,  Qərbin bu cür birtərəfli hərəkətlərinin bölgədə sabitliyə xidmət etmədiyini, əksinə, bölgədəki tarazlığı, sabitliyi  pozduğunu və nəticə etibarilə Ermənistanı yeni-yeni sevdalara təhrik etdiyini göstərməlidir. Bunu biz təcrübədə dəfələrlə görmüşük. Bunlar humanitar yardımları top-tüfəng, silah alınmasına sərf ediblər. Ona görə də Qərbin bu yanaşması bizi xeyli məyus edir. Qərbin sülhyaratma prosesində ədalətli, obyektiv ola biləcəyinə şübhələr yaradır”.    

32 ildir müstəqil dövlətik, hələ də normal parlament formalaşdıra  bilməmişik" - Afsəddin Nəbiyev - Azinforum.az İnformasiya Portalı

 Afsəddin Nəbiyev

AMİP-in sədr müavini Afsəddin Nəbiyev mediaya açıqlamasında deyib ki, Ermənistana himayədarlıq Avropa dövlətlərinin “çoxüzlü” siyasətini göstərir: “O qənaətdəyəm ki, burada xristian təəssübkeşliyi faktoru var. Hazırda baş verən qlobal geosiyasi proseslər, sadəcə, Rusiya amilini Avropa dövlətləri ilə əvəzləməyə sövq edib. Ermənistan bu mənada tərəf deyil, Cənubi Qafqazda əlverişli mövqe uğrunda aparılan mübarizədə oyuncaq bir alətdir. Yəni Ermənistan bu dövlətlərə təkcə dini faktora görə ”cəlbedici" tərəfdaş deyil, onlara  əsas oyuncaq alət qədər gərəklidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR