Ermənistanın sabiq ombudsmanı, “Vahidliyin Qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan baş nazir Nikol Paşinyanın Artsvashenlə bağlı açıqlamasını sərt tənqid edib. Onun sözlərinə görə, Paşinyanın “qaytarmaq” adı altında təqdim etdiyi məsələ əslində minlərlə insanın öz evindən məhrum edilməsi deməkdir.
Musavat.com-un xəbərinə görə, Tatoyan “Facebook”dakı canlı yayımında bildirib ki, Paşinyan bu cür situasiyalarda terminlərlə manipulyasiya etməyi artıq Qarabağ təcrübəsində “öyrənib”.
“Bu dəfə söhbət anklavlardan gedir. Konkret misalla göstərəcəm ki, əgər bu süni "anklav-territoriya mübadiləsi" proqramı həyata keçirilsə, Ermənistanı nə gözləyir. Bu, bütövlükdə ölkəni blokadaya salacaq, sərhədləri dağıdacaq və parçalayacaq bir proqramdır,” – deyə, o bildirib.
“Strateji təhlükəsizlik üçün geri dönməz fəsadlar yaranacaq”

Tatoyanın sözlərinə görə, belə qərar sonucunda Ermənistan üçün həyati əhəmiyyət daşıyan intersiyasi yolların biri bağlanacaq:
Ağrarat – Yerasx – Vayk – Yexeqnadzor – Cermuk – Gorus – Qafan istiqamətindəki yol artıq dağlardan və meşələrdən keçən alternativ marşrutlarla əvəzlənəcək, bu isə ölkənin təhlükəsizliyini ciddi şəkildə zəiflədəcək.
Tavuş xəritəsində göstərilən təhlükə
Tatoyan Tavuş bölgəsinin xəritəsini göstərərək qeyd edib ki, Azatamutdan cəmi 20–30 metr aralıda Azərbaycan nəzarətinin yaranması real təhlükədir.
Onun sözlərinə görə:
Azərbaycan hərbçiləri həmin ərazilərdə yerləşdirilərsə, Kayan kəndi faktiki olaraq məhv olmaq həddinə gələcək;
Aygeovitə, daha sonra isə Vazaşenə gedən yol tam nəzarət altına düşəcək;
Məcburi şəkildə yeni yollar meşələrdən çəkiləcək və bu, yerli əhali üçün saysız-hesabsız çətinlik yaradacaq;
Otlaq sahələri, kənd təsərrüfatı torpaqları, internet kabelləri, su mənbələri, intersiyasi yollar Azərbaycan nəzarətinə keçəcək.
“Paşinyanın demarkasiya arqumenti absurddur”
Arman Tatoyan Paşinyanın “demarkasiya ilə geri qaytaracağıq” fikrini də rədd edib:
“Beynəlxalq səviyyədə elə bir legitim demarkasiya yoxdur ki, ölkənin təhlükəsizlik sistemini sarsıtsın və insanların həyatını qeyri-mümkün etsin. Bu, sadəcə olaraq ‘Vətəndaş Müqaviləsi’nin və Paşinyanın siyasi qərarıdır. Heç bir beynəlxalq standartda belə addım yolverilən sayılmır.”
Musavat.com






