İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Bakıya təslim olmağa hazırlaşır - Gizli iş gedir, qərar bu tarixdə elan olunacaq

5013 03.08.2023 15:44 Siyasət A A

Xankəndidəki separatçılar Azərbaycanın tələbləri ilə razılaşmaq haqda düşünürlər.

Bu barədə Ermənistan mediasında məlumatlar yayılıb.

“Hraparak” nəşri yazır ki, separatçıların “başçısı” Araik Arutyunyan yaxın günlərdə müzakirələr aparmaq və qərarlar qəbul etmək üçün “qurum” yaradacaq.

“Araik Artutyunyan müsahibə verəcəyini və reallıqlardan danışacağını bildirdi. Bəziləri bu bəyanatı və “hakimiyyətin” son addımlarını Azərbaycanla danışıqlara getmək və tələbləri qəbul etməyə hazırlıq kimi qəbul edir, Araik də real vəziyyətdən danışaraq, buna məcbur olduqlarını açıqlayacaq. Məlumatlar var ki, Araik Arutyunyan Azərbaycana reinteqrasiyanın gizli tərəfdarlarındandır, o açıq şəkildə “inteqrasiya yoxdur” desə də, reallıqda reinteqrasiya istiqamətində addımlar atır”, - nəşr yazır.

Nəşr Araikin reinteqrasiya məqsədilə yeni “qurum” yaradacağını qeyd edir: “Artıq Rusiyadan heç bir gözlənti yoxdur, anladılar ki, öz problemlərini özləri həll etməlidir. Qarabağdakı ermənilər kollektiv qərar verəcəklər, yaradılacaq “qurum” da bu işi həyata keçirəcək. Lakin nüfuzlu şəxslər, məsələn keçmiş “prezidentlər” məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər”.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR