İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada ukraynalı idmançılara hücum - 17 yaşlı gənc öldürülüb

558 12.02.2024 12:01 Dünya A A

Almaniyada 17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakov küçədə bıçaqlanaraq öldürülüb, dostu Artem Kozaçenko isə reanimasiyadadır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə fevralın 12-nə keçən gecə Kiyev Basketbol Federasiyası məlumat yayıb.

İdman təşkilatının bildirdiyinə görə, hücum bir neçə gün əvvəl Almaniyanın Düsseldorf şəhərində gənclərin yarış üçün gəldiyi yerdə baş verib. Vladimir Yermakov və Artem Kozaçenko Düsseldorfun ART Giants (U-19) gənclər komandasında çıxış ediblər.

Növbəti matç ərəfəsində onlar küçədə hücuma məruz qalıb, bıçaqlanıblar. Bütün komanda gecəni xəstəxanada oğlanların yanında keçirib. Təəssüf ki, həkimlər Yermakovu xilas edə bilməyiblər, Kozaçenko isə reanimasiyadadır.

Artıq yerli polis işi araşdırır, hadisə yerində olan şahidlər dindirilir. Hücum edənlərin kimliyi hələ bilinmir.

Federasiyadan verilən məlumata görə, qətlə yetirilən Vladimir Yermakov uşaq komandalarında çıxış edib. O, Ukraynanın gənclərdən ibarət (U-16) komandasının tərkibində 2022-ci ildə Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizə aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR