İnsanlara hürriyət, millətlərə istiqlal!

Abxaziya öz ərazisində Rusiya pasportlarının verilməsi ofislərini bağlayıb

1243 06.02.2026 19:22 Dünya A A

Tanınmamış Abxaziya respublikası parlamentinin deputatları respublikada Rusiya pasportlarının verilməsi ofislərinin qanuniliyini şübhə altına alıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya səfirliyi Abxaziya sakinləri üçün Rusiyanın daxili pasportlarının alınması prosedurunun artıq Rusiya ərazisində təşkil olunacağını açıqlayıb. Diplomatlar respublikanın suverenliyinə hörmətlərini vurğulayıblar.

Rusiya pasportlarının və sürücülük vəsiqələrinin alınması üçün xüsusi ofislər Abxaziyada 2025-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Onların yaradılması ikili vətəndaşlıq məsələlərinin həlli haqqında dövlətlərarası saziş sayəsində mümkün olub. Əməliyyat sənədlər Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən emal olunmaqla vahid pəncərə sistemi vasitəsilə həyata keçirilib.

Rusiya səfirliyinin məlumatına görə, Abxaziyanın 245 min əhalisindən təxminən 190 min nəfəri Rusiya vətəndaşlığına malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR