İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya dəhşətli raketlər verir: Kiyevdən CANLI bağlantı

727 02.07.2022 13:35 Gündəm A A

Ukrayna ABŞ-dan yeni təkmil NASAMS zenit-raket kompleksləri alacaq ki, bu da Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin müraciətinə istinadən xəbər verir.

Dövlət başçısı ABŞ prezidenti Co Baydenə Ukraynaya yeni hərbi yardım paketini elan etdiyinə görə təşəkkür edib. “Mən bu gün ABŞ-a və şəxsən Baydenə bu gün Ukrayna üçün elan edilmiş, çox güclü NASAMS sistemlərini - hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək zenit-raket kompleksini ehtiva edən yeni dəstək paketinə görə xüsusilə minnətdaram. Biz belə bir tədarük üçün çox çalışmışıq”, - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna həm də tərəfdaşlarından başqa yeni silahlarla bağlı danışıqlar aparır və işğalçıların üstünlüyünü pozmaq üçün hər şeyi edir.


İyulun 1-də ABŞ Ukraynaya 820 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Buraya iki NASAMS hava hücumundan müdafiə sistemi və HIMARS çoxsaylı buraxılış raket sistemi daxildir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qruplaşmalarına baxış keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordu generalı Valeri Gerasimov xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsi zamanı qoşunların tətbiqi ilə bağlı komandirləri, eləcə də müxtəlif istiqamətlərdə Rusiya qruplaşmaların hərəkətlərinə döyüş dəstəyi məsələləri ilə bağlı digər rəsmilərin məruzələrini dinləyib.

Bundan başqa, Gerasimov komanda məntəqələrində işləyərkən qoşunların və qüvvələrin spesifik qruplaşmalarının zərbə imkanlarının artırılması üçün avtomatlaşdırılmış döyüş idarəetmə sistemlərindən istifadəyə xüsusi diqqət yetirib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

TVMusavat-ın  “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Kiyevdə olan jurnalist İdrak Camalbəylidən son vəziyyəti öyrənir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR