İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı bu ölkələrə hərbi yardım edəcək

1145 12.02.2024 20:46 Dünya A A

ABŞ Senatı prosedur səsvermədə Ukrayna, İsrail və Tayvana maliyyə və hərbi yardımı nəzərdə tutan büdcə qanun layihəsini dəstəkləyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,  sənədi senatorların üçdə ikisi dəstəkləyib.

Qanun layihəsi Ukraynaya 61 milyard dollar, HƏMAS-a qarşı münaqişədə İsrailə 14 milyard dollar və Tayvanı Çindən qorumaq üçün “Hind-Sakit Okean regionunda tərəfdaşlara” dəstək üçün 5 milyard dollar ayıracaq.

Ekspertlər hesab edir ki, ABŞ prezidenti Co Baydenin noyabr seçkilərində qələbəsi və ya məğlubiyyəti qanun layihəsinin yekun oxunuşda qəbul edilib-edilməməsindən asılıdır.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR