İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ rəsmiləri Rusiya ilə bağlı yanılır" - sabiq hərbi müşavir

577 01.06.2023 11:41 Son xəbər A A

Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Judging Freedom” Youtube kanalına müsahibəsində deyib ki, ABŞ hakimiyyəti Rusiyanın zəif olduğuna inanmaqla yanılır.

Musavat.com xəbər verir ki, Makqreqorun sözlərinə görə, Vaşinqtonda onlar iqtisadiyyatı zəif, cəmiyyəti üsyan astanasında olan dövlətlə məşğul olduqlarına inanırlar. Bununla belə, keçmiş hərbçi əlavə edib ki, Birləşmiş Ştatlar təkəbbür və özünüaldatma ucbatından Rusiyanı lazımi səviyyədə qiymətləndirmir.

“Bu inanclar geniş yayılıb və bunların heç biri doğru deyil. Bir vaxtlar müxtəlif sahələrdə hansı üstünlüyümüz var idisə, o, artıq mövcud deyil”, - deyə Makqreqor yekunlaşdırıb.

Bundan əvvəl Makqreqor bildirib ki, Qərb müstəqil Rusiyaya dözmək istəmir, ona görə də Ukraynada münaqişəni gərginləşdirməkdə davam edir.

Keçmiş hərbçinin sözlərinə görə, Rusiya Federasiyası Qərbin tətbiq etdiyi absurd yeni dəyərləri qəbul etməkdən imtina edir. O qeyd edib ki, Rusiya Federasiyası öz maraqlarını müdafiə edir.

Onu da qeyd edək ki, ABŞ-da vaxtaşırı olaraq keçmiş hərbçilər, diplomatlar və deputatlar bir cür Rusiyayanlı açıqlamalar verirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR