ABŞ ordusu gecə ərzində İrana qarşı yeni bir hücum seriyası həyata keçirib və 80-dən çox hədəfə zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında açıqlayıb: "Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı yeni bir hücum mərhələsini başa çatdırıb və dəqiq idarə olunan sursatlardan istifadə edərək 80-dən çox hədəfə zərbə endirib". Komandanlıq bəyan edir ki, bu, "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə son hücumlarına cavab olaraq" baş verib.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 60-dan çox kateri də hücuma məruz qalıb: "ABŞ qüvvələri İranın Beynəlxalq Ticarət Dəhlizi vasitəsilə beynəlxalq kommersiya gəmiçiliyinə hücumları davam etdirmək qabiliyyətini zəiflətmək üçün Hörmüz boğazında və yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərini, komanda məntəqələrini, sahil radarlarını, gəmi əleyhinə raket sistemlərini və 60-dan çox SEPAH katerini hədəf alıb".
Musavat.com






