İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: Sərhəd məsələlərində dərin problemlər...

1045 25.12.2023 00:29 Siyasət A A

“Bir neçə gün əvvəl Azərbaycanın kilid məmurlarından sayılan Hikmət Hacıyevin kifayət qədər təhlükəli (Ermənistan üçün-red.) görünən və geniş müzakirə olunmayan açıqlaması oldu”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb: 

“Hikmət Hacıyev qeyd edib ki, demarkasiya/delimitasiya prosesi mürəkkəb və uzun prosesdir, buna görə Azərbaycan və Ermənistan arasında danışıqlar sənədindən çıxarılmalı və ayrıca müzakirə edilməlidir".

Abramyan bu sözlərdən özü üçün bu nəticələri çıxarıb.

“Belə çıxır ki, hansısa mərhələdə hansısa sənəd imzalansa belə, bu, sırf dekrlarativ xarakter daşıyacaq. Əsas təhlükə odur ki, sərhəd məsələsində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər. Bunun əlamətləri Azərbaycanın əsas media resurslarında mütəmadi olaraq öz əksini tapır”, - deyə deputat qorxusunu gizlətməyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR