İnsanlara hürriyət, millətlərə istiqlal!

8 gün öncə əməliyyat olundu, sağ çıxdı, sonra özünü xəstəxanadan atdı - Videoreportaj

2441 05.07.2022 01:35 Gündəm A A

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

Musavat.com xəbər verir ki, klinikaya müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.

Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Tibb Universitetindən cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqnları araşdırma aparır.
Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.

Onu da qeyd edək ki, xəstənin öd kisəsində problem olduğu bildirilib. Xəstənin həkimi ATU-nun dossenti, cərrah-endoskopist Tarıverdi Rzayevdir.
Eyni zamanda iddialar arasında mərhumun məhz xəstəliyi səbəbindən intihar etdiyi də qeyd olunub.

TV Müsavatın əməkdaşlarına açıqlamasında Respublika Prokurorluğunun nümayəndisi intihar edən şəxsin 9 gün öncə həmin klinikada əməliyyat olunduğunu və vəziyyətinin stabil olduğu bildirib. Daha sonra isə təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə A.Xəlilovanın özünü binadan atması görüntüləri qeydə alınıb.
İstintaq davam edir.



Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR