Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.
"Report"un məlumatına görə, onun psixoloji problemlərinin olduğu bildirilir. A.Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.
İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.






