ABŞ tarixində ən iri zinət əşyası oğurluğu işi üzrə sensasion detal üzə çıxıb.
Musavat.com xəbər verir ki, bu iş üzrə təqsirləndirilən şəxslərdən biri məhkəmə hökmü almadan ölkədən çıxarılıb və faktiki olaraq cəzadan yayınıb.
İstintaq materiallarına əsasən, cinayətkar qrup 100 milyon dollar dəyərində qızıl, brilyantlar, qiymətli daşlar və bahalı saatlarla yüklənmiş yük maşınını gündüz vaxtı, onun zinət əşyaları sərgiləri arasında hərəkət etdiyi an oğurlayıb. Hadisə ABŞ hüquq-mühafizə orqanları tərəfindən ölkə tarixində ən böyük zinət əşyası talanı kimi qiymətləndirilir.
İş üzrə saxlanılan şübhəlilərdən birinə 15 ilədək həbs cəzası hədəsi vardı. O, girov qarşılığında azadlığa buraxıldıqdan sonra miqrasiya xidməti tərəfindən tutulub və Ekvadora deportasiya edilib. ABŞ mediasının yazdığına görə, həmin şəxsin geri qaytarılması ehtimalı demək olar ki, yoxdur və bu da onun tam cəzasız qalması anlamına gəlir.
Musavat.com






