İnsanlara hürriyət, millətlərə istiqlal!

1 vəzifəyə 4 dəfə təyinat alan qadın - Duysenova baş nazirin müavini oldu

739 08.06.2023 10:46 Son xəbər A A

Qazaxıstan parlamentinin deputatları ölkə baş nazirinin müavini vəzifəsinə əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenovanın namizədliyini dəstəkləyiblər.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, prezident Kasım-Jormart Tokayev Duysenovanın yeni vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə Duysenova Tamara Bosımbekovna Qazaxıstan Respublikasının baş nazirinin müavini - əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəlki vəzifəsindən azad edilib", - sərəncamın mətnində bildirilir.

Tamara Duysenova 1965-ci ildə Qazaxıstanın Çimkənd vilayətinin Sarıağac rayonunun Leninski kəndində anadan olub.

1987-ci ildə Daşkənd Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1988-ci ildə Çimkənd rayonunun Sarıağaş şəhər İliç adına orta məktəbdə müəllim kimi başlayıb.

Uzun illər orta ranqlı məmur vəzifəsində çalışdıqdan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul katib, nazir müavini işləyib uzun illər nazir olub. Daha sonra səhiyyə və sosial inkişaf naziri vəzifəsinə təyin edilib.

2017-2018-ci illərdə yenidən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.

2018-2019-cu illərdə "Nur Otan" partiyasının katibi olub.

2022-ci il aprelində üçüncü dəfə əmək və əhalinin sosial büdafiəsi naziri təyin edilib. Bu ilin aprelində ona yenidən etimad göstərilib, bu gün isə vəzifəsi daha da artırılıb - baş nazirin müavini təyin olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR