Xəbər verdiyimiz kimi, Azərbaycandan qalxan Türkiyənin "C-130" hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyə hərbi təyyarəsi həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.
"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib", - Gürcüstan Hava Naviqasiya Xidməti bildirib.
Gürcüstan KİV-ləri təyyarə qəzasına ilkin səbəb olaraq daxili partlayış olduğunu qeyd edir.
Bildirilir ki, ekipaj təyyarə daxilində nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib, lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.
Ehtimal edilir ki, təyyarə havaya qalxarkən artıq naviqasiya sistemində ciddi nasazlıq mövcud olub.
Gəncədən havaya qalxandan sonra Gürcüstan səmasında qəzaya uğrayan Türk HHQ-sinə məxsus hərbi yük təyyarəsinin qalıqları:
Musavat.com






