İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident bələdiyyələrlə bağlı bu qərarı TƏSDİQLƏDİ

3336 15.04.2025 16:08 Son xəbər A A

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR