İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fenomen toyunda qızılların ağırlığından yeriməkdə çətinlik çəkdi - VİDEO

892 07.07.2026 13:00 Dünya A A

Türkiyədə sosial media fenomeni Zəhra Özdəmir uzun müddətdir münasibətdə olduğu Murat Çapan ilə evlənib.

Musavat.com xəbər verir ki, möhtəşəm toy mərasimi qonaqların hədiyyə təqdim etmək üçün yaratdığı uzun növbə və gəlinə bağışlanan çoxsaylı qızıl zinət əşyaları ilə diqqət çəkib.

Mərasim zamanı Özdəmirə taxılan qızıl dəstlər və bilərziklərin ağırlığı o qədər çox olub ki, onun yeriməkdə çətinlik çəkdiyi anlar sosial şəbəkələrdə geniş yayılıb.

Toyun ən diqqətçəkən qonaqlarından biri də sosial media fenomeni Çağla Öz olub. Qolları qızıl bilərziklərlə örtülü şəkildə mərasimə qatılıb və səhnədə dostu Zəhra Özdəmirə bilərzik taxdığı görüntüləri sosial media hesabında paylaşıb. O, paylaşımına zarafatla "Onun mənim dostum olduğu bu qədər açıq-aydındırmı?" qeydini əlavə edib.

Qeyd edək ki, Zəhra Özdəmir sosial şəbəkələrdə paylaşdığı videoları ilə məşhurdur. 

Fenomen daha əvvəl verdiyi müsahibələrdən birində görünüşünə görə tez-tez haralı olduğunun soruşulduğunu bildirib. O, Türkiyənin İzmit şəhərində doğulub böyüdüyünü, ailəsinin köklərinin isə Afrikaya uzandığını qeyd edib.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR