İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Müxalifətin baş nazirliyə namizədi bəllidir”

754 28.10.2025 15:06 Son xəbər A A

“Bu gün biz Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından baş nazir postuna namizəd olan David Ambarsumyanı İrəvan beynəlxalq hava limanı Zvartnotsda qarşılayacağıq”.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan məlumat verib.

“Mən bilmirəm hazırkı hakimiyyətin müxalif fikirləri susdurmaq üçün yönəltdiyi hüquq-mühafizə sistemi bu dəfə necə davranacaq”, - deyə Mamicanyan bildirib.

Jurnalistin ““Şərəfim var” blokunun parlament fraksiyası gələcəkdə baş nazir postuna öz namizədini dəyişə bilərmi” sualına erməni deputat belə cavab verib:

“İmpiçment prosesi zamanı bizim üçün heç nə dəyişməyəcək”.

Mamicanyanın sözlərinə görə, müxalifət eyni qüvvə və məntiq ilə irəliləməyə davam edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR