İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonlara leysan yağır- Faktiki hava

1420 13.05.2025 19:16 Son xəbər A A

Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR