Moskva vilayətində (Podmoskovye) hərbi təyyarə qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, Rusiya KİV-lərinin verdiyi məlumata görə, hadisə Zveniqorod yaxınlığındakı Lutsino kəndi yaxınlığındakı tarlada baş verib.
Qəzaya uğrayan təyyarənin təlim uçuşu həyata keçirən "Su-57" çoxfunksiyalı qırıcısı olduğu bildirilir.
İlkin məlumatlara əsasən, heyət üzvləri katapult edərək xilas ola biliblər, tələfat yoxdur.
"Mediazona" nəşri qeyd edir ki, Zveniqorod şəhərinin yaxınlığında hərbi aviabaza yerləşir.
Rusiya Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Musavat.com






