Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.
Hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(Report)






