Türkiyəli aktyorlar Nihat Altınkaya, Atakan Özkaya və Alper Çankaya Çeşmədə birlikdə görüntüləniblər.
Musavat.com xəbər verir ki, "Kanal D"nin reytinqli "Uzak şehir" serialının keçmiş və hazırkı aktyor heyətində yer alan aktyorlar günlərini Çeşmədə keçiriblər.
Dostlar uzun müddət söhbət edib tavla oynadıqdan sonra birlikdə dənizə giriblər. Şən əhval-ruhiyyədə olan aktyorların dənizdəki səmimi söhbətləri də fotoqrafların obyektivinə tuş gəlib.
Aktyorların istirahət görüntüləri qısa zamanda sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Könül
Musavat.com







