İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçidən ŞOK ETİRAF: Onları TÜRKİYƏ XİLAS EDİB!

1334 21.07.2026 13:04 Dünya A A

İranın xarici işlər naziri Abbas Əraqçi 40 günlük müharibəyə həsr olunmuş videokonfrans zamanı bildirib ki, Türkiyə PKK terrorçularının İraqın şimalından İran ərazisinə sızmasının qarşısının alınmasında fəal rol oynayıb və ölkənin parçalanmasına yönəlmiş ssenariləri pozub.

Musavat.com "Araz News"a istinadən xəbər verir ki, Əraqçı müharibənin dördüncü günündə ABŞ prezidenti Donald Trampın İraqın şimalında fəaliyyət göstərən silahlı qruplaşmaların liderləri ilə əlaqə saxladığını və onların İrana ehtimal olunan quru müdaxiləsini dəstəklədiyini iddia edir.

İran XİN rəhbərinin sözlərinə görə, bu məlumatı aldıqdan sonra o, Tehranın narahatlığını çatdırmaq üçün İraq Kürdüstan Regional rəhbərliyinin rəsmiləri, İraqın baş naziri və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə əlaqə saxlayıb.

Əraqçi Türkiyə hakimiyyətinin bu ssenarinin qarşısının alınmasında mühüm rol oynadığını bəyan edib.

Onun sözlərinə görə, Ankara təkcə ABŞ ilə məsləhətləşmələr aparmaqla kifayətlənməyib, həm də bu cür planlara qarşı sərt mövqe nümayiş etdirib.

Lakin bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı müharibə hadisələrini şərh edərkən bildirib ki, bu dövrdə yaradılmış rabitə kanalları və müsbət atmosfer regionun bütün xalqlarına təsir edə biləcək daha böyük böhranların qarşısını almağa imkan verib.

Türkiyə lideri həmçinin vurğulayıb ki, zaman keçdikcə "türklərin, kürdlərin, ərəblərin və farsların qanlı və xain oyunu necə pozduqları" və regionu daha böyük münaqişəyə apara biləcək ssenarilərin reallaşmasına necə imkan vermədikləri aydın olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR