İran Silahlı Qüvvələri Küveyt ərazisində yerləşən ABŞ-yə məxsus üç hərbi obyektə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
İran ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücum "İldırım" adlı əməliyyat çərçivəsində həyata keçirilib.
Musavat.com xəbər verir ki, İran tərəfinin iddiasına əsasən, zərbələr ABŞ-ın "Ərəfcan" bazasındakı inzibati binalara və rabitə sistemlərinə, "Əl-Ədiri" düşərgəsində yerləşən helikopter dayanacağına, həmçinin "Əhməd əl-Cabir" bazasında şəxsi heyətin yerləşdiyi binaya endirilib.
İran hərbçilərinin bildirdiyinə görə, "Ərəfcan" bazası ABŞ-ın bölgədəki quru qoşunlarının əsas idarəetmə və yerləşdirmə mərkəzlərindən biri hesab olunur. "Əl-Ədiri" düşərgəsi helikopter texnikasının bazalanması üçün istifadə edilir, "Əhməd əl-Cabir" bazası isə aviasiya əməliyyatlarının təminatı və müşahidə missiyalarında mühüm rol oynayır.
Qeyd edir ki, İranın irəli sürdüyü bu iddialar hələlik ABŞ və Küveyt rəsmiləri tərəfindən təsdiqlənməyib. Hücumun nəticələri və mümkün itkilərlə bağlı da rəsmi məlumat açıqlanmayıb.
Musavat.com






