İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlin sonuna qədər…” - İrana hücumlarla bağlı YENİ proqnoz

443 21.07.2026 13:45 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına qarşı yeni zərbələr endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata əsasən, Bəhreynin Əs-Səxir hava limanında yerləşən ABŞ hərbi bölmələrinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı və təmir olunduğu anqarlar hədəfə alınıb.

Bildirilir ki, hücum nəticəsində həmin obyektlər tamamilə məhv edilib. Açıqlamada həmçinin qeyd olunur ki, Bəhreynin Salman limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə də zərbələr endirilib.

Qeyd edək ki, bundan əvvəl beynəlxalq vasitəçilər İran və ABŞ arasında gərginliyin azaldılması məqsədilə tərəflərə on günlük atəşkəs təklif etmişdilər.

Müəllimim - Kənan Novruzov yazır

Politoloq Kənan Novruzov gərginliyin uzun müddət davam edəcəyini düşünür: “Nə İran, nə də ABŞ geri çəkilmək istəyir. Əslində, genişmiqyaslı müharibə ikisinə də sərf etmir. Düşünürəm ki, hər iki tərəf diplomatiyada maraqlıdır. Sadəcə, İran daxilində SEPAH, ABŞ tərəfdənsə İsrail danışıqların qarşısını almağa çalışır. Üstəlik, İsrail siyasi elitası mümkün müharibə ilə həm də hakimiyyətini qorumağa çalışır. SEPAH-ın ABŞ hərbi bazalarını hədəf alması da bununla bağlıdır. İndi SEPAH və İsrail faktiki olaraq bir-birinin əllərinə oynayır”.

Onun fikrincə, “diplomatiya pəncərəsi” hələ tam bağlanmayıb: “Amma bunun üçün həm rəsmi Vaşinqton, həm də rəsmi Tehran kompromisə getməli, maksimalist iddialardan əl çəkməli, genişmiqyaslı eskalasiya ehtimalından çəkinməlidirlər. Əks halda bu ilin sonuna yaxın genişmiqyaslı savaş başlaya bilər".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR