İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı alimdən Türkiyə elminə töhfə: Kardiocərrahımız dərsliyin müəllifi oldu FOTO

902 21.07.2026 22:40 Son xəbər A A

Türkiyədə ürək-damar cərrahiyyəsi üzrə ən əhatəli akademik nəşrlərdən biri — üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabı işıq üzü görüb.

Musavat.com xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən bu fundamental əsərdə Azərbaycan tibb elmi də təmsil edilib.

Elmi layihə və Azərbaycan təmsilçiliyi

Ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.

Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir. Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar geniş şəkildə təqdim olunub.

Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialını paylaşmaq baxımından önəmlidir.

Qeyd edək ki, “Kalp ve Damar Cerrahisi” kitabı ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi hazırlanıb və nəşri onlayn platformalardan əldə etmək mümkündür.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR