İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-müdafiə naziri Fyodorov prezidentlik postuna iddialıdır — Times

861 21.07.2026 21:55 Dünya A A

Ukrayna hökumətində baş verən növbəti kadr dəyişiklikləri fonunda vəzifəsindən azad edilən müdafiə naziri Mixail Fyodorovun addımları ölkədə və beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, nüfuzlu The Times nəşrinin məlumatına görə, eks-nazirin davranışı gələcək prezident seçkilərinə hazırlıq kampaniyasını xatırladır və ukraynalı ekspertlər bu vəziyyətdə Prezident Volodimir Zelenski üçün ciddi siyasi təhlükə görürlər.

İstefanın səbəbi və kütləvi etirazlar

Ötən həftə Prezident Zelenskinin hökumətdə növbəti dəfə dəyişikliklər edərək müdafiə naziri Mixail Fyodorovu istefaya göndərməsi ölkə miqyasında rezonans doğurub. Qərarın ardından Kiyev, Lvov, Dnepropetrovsk, Xarkov və Poltava daxil olmaqla iri şəhərlərdə minlərlə insanın qatıldığı kütləvi etiraz aksiyaları keçirilib. Vətəndaşlar küçələrə çıxaraq hökumətin bu qərarına etiraz ediblər.

Sabiq nazir öz növbəsində bildirib ki, onun vəzifədən uzaqlaşdırılmasına səbəb Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırski ilə uzun müddətdir davam edən zəncirvari və dərin münaqişə olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR