Böyük Britaniya hökuməti ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatları üçün ölkədəki hərbi bazalardan istifadəni davam etdirməsinə icazə verib.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilib ki, qərar hökumətin fövqəladə hallar üzrə COBR komitəsinin iclasından sonra qəbul edilib. London bu əməliyyatları müdafiə xarakterli adlandırır.
Məlumata görə, ABŞ qüvvələri Dieqo-Qarsiya hərbi bazasına və RAF Fairford aviabazasına çıxışı saxlayacaq. Həmin obyektlər ABŞ-nin İrana qarşı mümkün yeni əməliyyatlar dalğasında istifadə oluna bilər.
Musavat.com






