İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Nazim Qocamanlı Ədalət Verdiyevi öldürmək istəyib - özü etiraf etdi

1630 23.01.2026 02:23 Son xəbər A A

Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Qocamanlı sosial şəbəkədə hərbi ekspert Ədalət Verdiyev barəsində yazdığı təhqiramiz və təhdid xarakterli rəyə görə açıq şəkildə üzr istəyib.

Nazim Qocamanlı özünün Facebook səhifəsində paylaşdığı açıqlamada bildirib ki, Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində ona qarşı nalayiq ifadələr işlədib və ölüm təhdidi səsləndirib. Yazıçı bu davranışına görə Ədalət Verdiyevin özündən, ailə üzvlərindən və izləyicilərdən üzr istədiyini bəyan edib.

Sitat:
“Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Qocamanlı Facebook səhifəsində hərbi ekspert Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində onu nalayiq ifadələrlə təhqir və ölümlə təhdid etmişəm. Buna görə mən Ədalət Verdiyevin özündən, ailəsindən və izləyicilərindən üzr istəyirəm.

Söz verirəm ki, bir daha tanımadığım adamlar haqqında bilmədiyim, anlamadığım ifadələr işlətməyəcəyəm. Kimsəni təhqir və təhdid etməyəcəyəm. Ədalət müəllimdən bir daha məni üzürlü hesab etməsini, bağışlamasını və hüquqi prosesə başlamasını təxirə salmasını xahiş edirəm”.

Musavat.com bildirir ki, bu məlumat Ədalət Verdiyev tərəfindən özünün Facebook səhifəsində paylaşılıb. Redaksiyanın məsələnin detalları ilə bağlı əlavə məlumatı olmadığından, yalnız sözügedən status oxucuların diqqətinə çatdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR