FİFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının gələcəkdə 64 komandaya çatdırılması imkanını istisna etməyib.
Musavat.com xəbər verir ki, İnfantino "Blue Sport" portalına verdiyi müsahibədə bu yanaşmanı belə əsaslandırıb: "Dünya çempionatında iştirak etmək təkcə Avropa və Cənubi Amerikanın deyil, bütün dünyanın arzusu olmalıdır. Formatın genişləndirilməsi böyük uğurdur. Görünür ki, komandaların ümumi səviyyəsi son dərəcə yüksəkdir və bütün dünyada daim artır".
Xatırladaq ki, uzun illər ərzində dünya çempionatlarında 32 komanda mübarizə aparırdı. 2026-cı il dünya çempionatında isə FİFA iştirakçı sayını 48-ə çatdırdı. Bu formatda komandalar 12 qrupda mübarizə aparıb, 32 ən yaxşı komanda isə pley-off mərhələsinə yüksəlib.
Musavat.com






