ARB24 telekanalında yayımlanan “İşgüzar səhər” verilişinin növbəti buraxılışı Yaxın Şərqdə artan gərginliyə həsr olunub.
Musavat.com xəbər verir ki, verilişin aparıcısı Çinarə Nurməmmədovanın qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub.
Proqram çərçivəsində İsrail–İran müharibəsinin region və dünya üçün mümkün nəticələri müzakirə edilib. Eyni zamanda münaqişənin enerji bazarlarına təsiri, neft qiymətlərində mümkün dəyişikliklər, nəqliyyat və logistika marşrutlarının təhlükəsizliyi, eləcə də region ölkələri üçün yarana biləcək risklər təhlil mövzusu olub.
Verilişdə Azərbaycanın regional proseslər fonunda mövqeyi və milli maraqlar kontekstində mümkün ssenarilər də gündəmə gətirilib.
Sözügedən verilişi təqdim edirik.
Musavat.com






