İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyon insan “Tramp telefonu”nu gözləyir - FOTO

1214 12.05.2026 23:36 Dünya A A

ABŞ prezidenti Donald Trampın təxminən bir il əvvəl elan etdiyi “Trump Mobile” adlı qızıl rəngli smartfon layihəsi ilə bağlı narazılıqlar artır.

Musavat.com xəbər verir ki, NBC News-un məlumatına görə, layihə üçün təxminən 500 min nəfər öncədən sifariş verib və ümumilikdə 59 milyon dollara yaxın ödəniş edib. Lakin bu müddət ərzində müştərilərə bir dənə də olsun telefon göndərilməyib.

Bununla yanaşı, layihənin rəsmi saytından cihazın satışa çıxacağı tarix də silinib. Yenilənmiş istifadə şərtlərində isə qeyd olunur ki, ödənilən depozit telefonun istehsal ediləcəyinə və ya alıcılara çatdırılacağına zəmanət vermir.

NBC News yazır ki, bu vəziyyət sosial şəbəkələrdə və istifadəçilər arasında geniş narazılıq yaradıb.

 

Musavat.com

4f805d1a-2456-486a-aa21-727895cbfb34.jpg (105 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR