İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya dünya üçüncüsü statusunu itirdi

1297 15.02.2024 23:59 Dünya A A

Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin sonunda dollar ifadəsində 4,21 trilyon dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu göstəriciyə görə o, dünyanın üçüncü böyük iqtisadiyyatı statusundan dördüncüyə geriləyib.

Üçüncülüyü isə 4,46 trilyon dollarlıq nominal ÜDM-lə Almaniya əldə edib.

2022-ci ildə Yaponiyanın dollar ifadəsində nominal ÜDM-i 4,26 trilyon dollar təşkil edib. Eyni zamanda 2023-cü il üçün yen ifadəsində bu rəqəm 1,2 faiz artıb. Bu tendensiya son 30 ildən artıqdır ki, ən aşağı səviyyədə olan Yaponiya milli valyutasının zəifliyi ilə bağlıdır. Ölkənin real ÜDM-i 2023-cü ildə 1,9 faiz artıb.

Yaponiya iqtisadiyyatı zəif istehlak və aşağı korporativ sərmayə səbəbindən 2023-cü ilin oktyabr və dekabr ayları arasında illik müqayisədə 0,4 faiz kiçilib.

“Kyodo”ya görə, ÜDM məlumatları hökumət və Yaponiya Bankı üçün problem yaradır, çünki onlar daxili tələbi stimullaşdırmaq və əmək haqqını artırmaqla iqtisadi artımı gücləndirməyə çalışırlar.

Bundan əlavə, Yaponiya şirkətləri uzunmüddətli investisiyalar sahəsində son dərəcə ehtiyatlı davranmağa davam edir ki, bu da inkişaf üçün mənfi faktora çevrilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR