İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə qarşıdurma, Araikin “ofisi” atəşə tutuldu: Azərbaycan Ordusu hərəkətə keçir - VİDEO

1250 28.08.2023 13:04 Hadisə A A

Xankəndidə separatçılar arasında qarşıdurma günü-gündən gərginləşir.

Bu gün, avqustun 28-də baş separatçı Araik Artyunyanın “iqamətgahı” atəşə tutulub.

Bu barədə erməni Telegram kanalları məlumat yayıb.

Bildirilir ki, bir qrup şəxs Araikin yanına gələrək onunla sərt söhbət ediblər. Daha sonra onlar çölə çıxaraq binanı atəşə tutublar.

Bu hadisə onu göstərir ki, separatçılar arasında qarşıdurma silahlı münaqişə həddinə çatıb. Böyük ehtimalla, yaxın günlərdə separatçılar bir-birlərinə silah çəkəcəklər. Sadə ermənilərin bu qarşıdurmadan əziyyət çəkməməsi üçün Azərbaycan Ordusunun Xankəndiyə girməsinə ehtiyac yaranacaq.//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR