İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin təhlükəsizlik şəbəkəsinə təzyiq artır - Silahlı üsyan prosesi başlaya bilər

864 28.02.2026 13:07 Dünya A A

"İrana qarşı ABŞ-İsrail əməliyyatları effektiv olacaqsa, onda proqnozlaşdırılan ssenari üzrə İran daxilində silahlı üsyan fazası hərəkətə keçə bilər".

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərimə görə, İranda son aylarda yaradılan iki koalisiya bu ssenari üzrə potensial hazırlıqlı təşkilatlar kimi nəzərdən keçirilib:

"Bəlucların koalisiyasından sonra, İranda yaradılmış rejim əleyhdarı kürd təşkilatları koalisiyası İranda kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə idarə etməni həyata keçirmək üçün vizyonunu açıqlayıb.

İran Kürdüstanında Siyasi Qüvvələr Koalisiyası adlanan bu təşkilat, bundan əvvəl yaradılan bəlucların koalisiyası İranda rejim dəyişikliyi üçün ABŞ və İsrailin vizyonunun prioritetlərini əks etdirir.

Sızdırılmış insayder məlumatlar əsasında, Ali Rəhbər Əli Xameneinin ətrafında formalaşmış ən gizli qapalı təhlükəsizlik və hərbi, ideoloji şəbəkə üzərindən sirr pərdəsinin götürülməsinə cəhdlər edildiyi görünməkdə idi.

Ancaq İslam Respublikasının cavab reaksiyası bu prosesi təxirə sala bilər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR