İnsanlara hürriyət, millətlərə istiqlal!

"Washington Post"dan maraqlı proqnoz: Ukraynanın növbəti prezidenti Zaluijnı olacaq

502 31.12.2025 15:25 Dünya A A

ABŞ-ın nüfuzlu "The Washington Post" nəşrinin köşə yazarı Devid İqnatius Ukraynanın siyasi gələcəyi ilə bağlı diqqətçəkən proqnoz irəli sürüb.

Musavat.com xəbər verir ki, onun fikrincə, 2026-cı ildə Ukraynanın növbəti prezidenti Valeriy Zaluijnı olacaq.

İqnatiusun yazdığına görə, hazırkı prezident Volodimir Zelenski istefa verdikdən sonra Zaluijnı milli birlik hökumətinə rəhbərlik edəcək və ölkənin əsas siyasi fiquruna çevriləcək. Müəllif qeyd edir ki, bu dəyişiklik Ukrayna daxilində siyasi balansın yenidən formalaşması fonunda baş verə bilər.

Bununla yanaşı, İqnatius sülh perspektivlərinə dair pessimist ssenari təqdim edir. Onun qənaətinə görə, müharibə başa çatmayacaq və “qanlı dalan” mərhələsinə keçəcək. Jurnalist hesab edir ki, münaqişə daha da genişlənə bilər — xüsusilə NATO-nun Avropa İttifaqının hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatını vuracağı halda.

İqnatiusun proqnozuna əsasən, belə bir insident mülki təyyarə üçün real təhlükə yaradarsa, müharibə Ukrayna hüdudlarından kənara çıxaraq genişlənə bilər.

"Washington Post" köşə yazarı həmçinin vurğulayır ki, Ukraynanın ərazi güzəştlərini və NATO-ya üzvlükdən imtinanı nəzərdə tutan hər hansı sülh razılaşmasının imzalanacağını real hesab etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR