İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaşinqton prosesə impuls verəcək” - politoloq

317 02.06.2023 14:47 Son xəbər A A

“Avropa İttifaqının Kiyinovda keçirilən siyasi iclası fonunda Azərbaycan və Ermənistan liderlərinin beştərəfli görüşündə Nikol Paşinyanın destruktiv mövqeyi nəticəsində ciddi irəliləyiş əldə olunmadı”. Musavat.com bildirir ki, bunu politoloq Məhəmməd Əsədullzadə bildirib.

Ekspert qeyd edib ki, Paşinyanın Qarabağla bağlı şərti və sərhədlərlə bağlı mövqeyində yanaşması Azərbaycan üçün qəbuledilməzdir: “Fransa və Almaniyanın prosesdə olması müsbət effekt verməyəcək. İlk növbədə ABŞ yalnız vasitəçilik missiyasında daha real mövqe ortaya qoyur”.

Politoloq bütün bunlarla yanaşı, hesab edir ki, Kişinyovdakı görüş irəliyə doğru addımdır: “Amma, ortada sülh müqaviləsi yoxdur. Çünki, Ermənistanın mövqeyində ziddiyyətlər var. Brüsseldə keçirilən danışıqlarda Ermənistana təzyiq göstərməklə rəsmi İrəvanın mövqeyində korrektlərə məcbur etmək olar. Bunu da yalnız ABŞ edə bilər”.

M.Əsədullzadə güman edir ki, xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündə müsbət nəticə olacaq: “Çünki may ayında ABŞ-da XİN başçılarının görüşündən sonra Nikol Paşinyan Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Ona görə də Vaşinqton prosesə impuls verəcək”.

Elşad, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR